XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 11:43

Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib –MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Rusiya Federasiyasının Prezident Vladimir Putinə başsağlığı məktubu göndərib.Başsağlığı mətnində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”. (Azərtac)