XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 12:30

Baş Nazirin müavini:"Bundan sonra da vətəndaşların həyatının yaxşılaşmasına yönələn ciddi addımlar atılacaq"

“Son qərarlar vətəndaşların müxtəlif kateqoriyaların həyatının yaxşılaşmasına yönələn addımlardır. Hesab edirəm ki, bir neçə ay ərzində verilən qərarlar insanların həyatının yaxşılaşması üçün müsbət amildir”.

Bunu YAP sədrinin və Baş Nazirin müavini Əli ƏhmədovYeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bundan sonra da ciddi addımlar atılacaq: “Bununla da vətəndaşlarımız daha yaxşı yaşayacaqlar. Hər il insanların rifahı daha da yaxşı olacaq”.

Ə.Əhmədov vurğulayıb ki, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində sosial məsələlər əhəmiyyətli yer tutub: “Bu gün ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının mənafelərinin nəzərə alınması ümdə vəzifələrdən biri olub. Əhalinin yüksək rifahının təmin edilməsi ön sıralarda olub. Bütün Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir. Xalqımız onun Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətinə dərin hörmətlə cavab verir. Müstəqil Azərbaycan dövlətinin banisinin xatirəsi daim xatirələrdə yaşayış onun sayəsində daim inkişaf edir, yüksəlir”.

Xatırladaq ki, mayın 10-da hakim partiyanın qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunacaq. /Report