XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 May 2019 - 00:29

Azərbaycanın Rusiyadakı səfirliyində yanğın xəbəri… –XİN-dən açıqlama

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğınla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Trend-ə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

L.Abdullayeva deyib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin binasında hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.