XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2019 - 11:45

Eldar Əzizov:"Bakının baş planı hazırlanır"

Bu gün Bakı ən gözəl şəhərlərin sırasındadır.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Memarlar İttifaqı İdarə Heyətinin Bakı Şəhər Icra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə “Bakının şəhərsalma inkişafı” mövzusunda keçirdiyi plenumda deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və Bakı Prezident İlham Əliyevin sərəncamları ilə aparılan işlər nəticəsində ciddi şəkildə inkişaf edir:

“Bakı yalnız inkişaf etməyib, o, keyfiyyətcə də yeni səviyyəyə yüksəlib. Bu gün Bakı ən gözəl şəhərlər sırasındadır. Bütün bunları qoruyub saxlamaq üçün yeni inkişaf strategiyası müəyyən edilib. Bu gün Bakının baş planı hazırlanır. Sürətli və ciddi inkişaf bəzi problemlərin yaranmasına da səbəb olur. Onları həll etmək, ehtiyacları müəyyən etmək çox vacibdir”.