XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 16:31

NATO generalından Rusiyaya ittiham:"Əsədin mövqelərini möhkəmləndirirlər»

 

Bridlav

 

NATO-nun Avropa üzrə baş komandanı, general Filip Bridilav Rusiyanı ittiham edib.
 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, NATO kodmandiri qaçqın böhranını yaratmaqda Rusiyanın Suriya hökumətinə yardım etdiyini bildirib.

 

Generalın sözlərinə görə, son nəticədə bu böhrandan Avropaya qarşı silah kimi istifadə olunur:

 

«Aviazərbələrlə Suriya əhalisini qorxudurlar. İstədikləri də odur ki, insanlar təşvişə düşüb ölkədən qaçsınlar. Avropaya gələn qaçqınlar arasında terrorçular, cinayətkarlar, döyüşçülər var. Onlar da Avropa və ABŞ üçün ciddi təhlükə yaradır. 
 

Rusiya və Suriya problemi dərinləşdirməklə məşğuldur. Bəyanatlarına baxmayaraq, Rusiya İŞİD-ə qarşı mübarizədə çox az iş görür. Rusiyanın əsas işi Suriya prezidenti Bəşər Əsədin mövqelərini möhkəmləndirməkdir».