“İndiyədək Azərbaycanda 2 mlrd 58 mln ton neft hasil olunub”.
Bunu Milli Neft Komitəsinin iclasında Energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, bu həcmin 746 mln tonu müstəqillik dövrünə aiddir.
“Hazırda orta gündəlik neft hasilatı, təxminən, 770 min bareldir”,- nazir əlavə edib. /Report