XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 May 2019 - 15:32

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi genişləndirildi –SİYAHI

3 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dövlət Neft Fondundan Strateq.az-a verilən məlumata görə, fərmana əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın (bundan sonra – Komissiya) yeni tərkibi genişləndirilib.

Belə ki, Komissiyanın tərkibinə – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru (sədr), Azərbaycan Respublikasının Energetika, Vergilər, Maliyyə, İqtisadiyyat, Ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə yanaşı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilib.