Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəxsarət alan şəxlərin adları məlum olub.
“Report”un Qərb Mərkəzinin verdiyi məlumata görə, hadisə zamanı 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralılar:
1. Samux rayon Seyidlər kənd sakini, 1957-ci il təvəllüdlü Gülsənəm islam qızı Qənbərova
2. Şəmkir rayon sakini, 2015-ci il təvəllüdlü Gülbahar Qüdrət qızı Gülməmmədova
3. Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Səyidə Kamandar qızı Nəsibova
4. Şəmkir rayon sakini, Zinyət Qüdrət Qızı Gülməmmədova
5. Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Qüdrət Vidadi oğlu Gülməmmədov
6. Şəmkir rayon sakini, Nərgiz Həmzəyeva
7. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Dürdanə Süleymanova
8. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Rühiyə Raqif qızı Yahyayeva
9. Şəmkir rayon sakini, 1967-ci il təvəllüdlü İradə Abdulla qızı Məmmədova
10. Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü Rübabə Mamayeva
11. Şəmkir rayon sakini, Gülsənəm İslam qızı Qənbərova.
Faktla bağlı araşdırma aparılır.