YSK-nın İstanbul Böyükşəhər Bələdiyyəsinə keçirilmiş seçkinin nəticələrini ləğv etməsi dünən “Qalatasaray” fubol klubunun İdarə Heyətində müzakirə olunub.
Strateq.az xəbər verir ki, müzakirələrdən sonra açıqlama verən İdarə Heyətinin üzvü Hayri Kozak 23 iyunda keçiirləcək təkrar seçkidə “Qalatasaray” tərəfdarlarının İmamoğlunu dəstəkləyəcəyini bəyan edib:
“Tanrı İmamoğlunu bu məmləkətə bağışlayıb. Allah yardımçısı olsun. İnşallah, 23 iyun axşamı təkcə biz deyil, Türkiyənin bayramı olacaq. Bunu ürəkdən arzulayıram. Bu yöndə hamımızın üzərinə vəzifə düşür. Seçkiyə gəlməyənin qulağından tutub, gətirəcəyik. 23 iyunda nöqtəni qoyacağıq. Məmləkətin və çoxumuzun qurtuluş yolu 23 iyunda qazanılan zəfər olacaq. Allah İmamoğlunun da, məmləkətimizin də yardımçısı olsun”.
“Qalatasaray”ın bu mövqeyi AKP-nin İstanbuldan seçilmiş keçmiş deputatı, hazırda isə Prezident Administrasiyasının Hüquq Siyasəti şöbəsinin üzvü Burhan Kuzu tərəfindən olduqca sərt və heyrət doğuran ittihamla üzləşib.
O, “Twitter” hesabında yazıb ki, “FETÖ”cü futbolçuların çoxu “Qalatasaraylı”dır: “Zamanında Hakan Şükürü qoruyan bu klub üzvləri bu gün İmamoğluna tərif deyir. “Qalatasaray”ın liseyli və elit tayfası Türkiyənin siyasi gələcəyinə qərar verə bilməz. “Qalatasaray”ın stadionunu Ərdoğan tikdirdi. Öncə ona təşəkkür etmək lazımdır”.
Kuzu yazıb ki, etirazı klubun tərəfdarlarına deyil: “”Qalatasaray” ölkəmizin ən gözəl komandalarından biridir, ancaq klubun İdarə Heyətində belə siyasi müzakirə aparılması, eyni zamanda, Ərdoğana düşmənçilik qəbul edilə bilməz”.