Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Məlumatı Ermənistan KİV-ləri yayıb.
Bildirilib ki, onu Xankəndi hava limanında separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.
Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezident Serj Sərksyan da Qarabağa gəliblər.
Xatırladaq ki, 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhəri Ermənistan və havadarları tərəfindən işğal edilib. /Report/