XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2016 - 19:17

Əfv Komissiyasına 400-dənçox şəxsi müraciət olunub

reshad-mecid

 

Bu gün  Əfv Komissiyasının yeni tərkibinin ilk iclası keçirilib. İclasda əfvlə bağlı quruma daxil olan müraciətlərə baxılıb. Komissiyanın ilk iclasının Novruz bayramı öncəsinə salınması ictimaiyyət arasında əfvlə bağlı müzakirələrin artmasına səbəb olub.

 

Komissiya üzvləri də iclasdan dərhal sonra əfv anonsları ilə çıxış etməyə başlayıblar.

 

Əfv Komissiyasının yeni üzvlərindən olan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iclaslarının keçirilməsi ilə bağlı bunları dedi:

 

“İlk iclasımız keçirildi. Qarşıdakı günlərdə bir neçə iclasımız olacaq. Çünki komissiyaya daxil olan sənədlər çoxdur. Ona görə də indidən nəsə demək, mənə elə gəlir ki, doğru olmaz. Çünki iclasda hələ bir dəfə iştirak etmişik. Amma güman edirəm ki, əfv olacaq. 400-dən çox şəxsi müraciət var. İclaslarımız tam bitsin, ondan sonra sizə daha geniş açıqlama verəcəm. İlk iclasın təəssüratlarını növbəti iclaslardan sonra deyəcəm. Yekun qərarımız verilmədən nəsə söyləmək düzgün deyil. İlk iclasla bağlı maraqlı təəssüratlarım var. Mənim üçün çox maraqlı iclas oldu”.

müsavat.com