XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 May 2019 - 19:31

Türkiyə XİN:"Əgər ABŞ özünə güvənirsə, o zaman yeni qrupun yaradılmasına "hə" desin"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-la mübahisə doğuran məsələlərin həlli ilə bağlı İşçi Qrupunun yaradılmasını istədiklərini bəyan edib.

Strateq.az xəbər verir ki, bu gün “İslahat aksiyası qrupu” adlı toplantıda çıxış edən Çavuşoğlu ABŞ-la Rusiyadan aldıqları S-400 raketləri ilə bağlı ciddi fikir ayrılıqları yaşadıqlarını etiraf edib.

O bildirib ki, rəsmi Ankaranın həmin raketlərin gətirilməsinin təxirə salınması barədə hər hansı bir açıqlaması olmayıb: “Ancaq o raketlərin gah alınmaması, gah da tərəfimizdən gətirilməsinin təxirə salınacağı istiqamətində ABŞ-dan açıqlamalar gəlir. Bəli, S-400-lərlə bağlı ABŞ-ın bəzi tələbləri oldu, var. Yəni bu raketlərin F-35-lər daxil olmaqla, NATO sisteminə zərər verəcəyi deyilir. Biz isə bu iddianı bölüşməməklə birlikdə, son sözün mütəxəssislərin deməsini istədik. Hətta buna NATO-nun sədrlik etməsini də açıq söylədik”.

XİN başçısı bildirib ki, Türkiyə hər addımında şəffafdır: “Biz nə etdiyimizi yaxşı bilirik. Yox, əgər narahatlıqları varsa, o zaman İşçi Qrupu formalaşdıraq, onlar bununla bağlı rəylərini versin. Əgər ABŞ özünə güvənirsə, iddialarına əmindirsə, o zaman belə bir qrupun yaradılmasına “hə” deməlidir”.