XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 07:19

Yenə dünyanın taleyini “qırmızı telefonlar” həll edəcək

Rusiya ilə NATO arasında soyuq müharibənin başa çatmasından sonra ləğv olunan “qırmızı xətt” telefon əlaqəsi yenidən bərpa olunub. Bu dəfə həmin xəttin Ukrayna böhranından ötrü fəaliyyətə başlayacağı bildirilir.

Qeyd edək ki, ilk dəfə bu “qırmızı telefonlar” Kuba böhranı zamanı zəng çalmağa başlamışdı. NATO-nun 1960-cı ilin əvvəllərində Türkiyəyə 4 atom bombası yerləşdirməsinə və Fidel Kastro hakimiyyətinə qarşı çevriliş hazırlamasına qarşı, SSRİ də Kubada öz atom bombası daşıyan raketlərini yerləşdirmişdi. Bundan xeyli təşvişə düşən ABŞ prezidenti Con Kennedi dərhal Xruşşovla danışıqlara başlamışdı. Nəticədə iki tərəf qarşılıqlı olaraq bəzi güzəştə getmişdilər. ABŞ Türkiyədən atom silahlarını çıxarmağa və Kubanı işğal etməməyə təminat vermiş, SSRİ isə Kubadakı raketlərini geri çəkmişdi.

O zamandan etibarən dünyanın iki super hərbi gücü arasında 24 saat fəaliyyətdə olan “qırmızı telefon” xətti fəaliyyətə başlamışdı. Tərəflər münasibətləri daha artıq gərginləşdirməmək üçün bu xətt vasitəsilə ən kritik məsələləri birbaşa müzakirə etmək imkanı qazanmışdılar. SSRİ-nin dağılmasıyla əhəmiyyətini itirən xətt indi yenidən bərpa edilir. Məlumata görə, bu barədə razılıq NATO-nun Avropadakı Birləşmiş Komandanlıq Mərkəzi ilə Rusiyanın Baş Qərargahı arasında əldə olunub.

Deyəsən, dünya tərsinə fırlanmağa başlayıb.

Heydər Oğuz

Strateq.az