İran çox təhdidedici davranırdı. Biz İran məsələsində bilmək istəmədiyimiz şeyləri bilirik, bu səbəbdən ölkəmizi qorumaq üçün tədbirlər görməliyik.
Bunu Ağ Evdə keçirilən tədbirdə çıxış edən ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, İran rəsmiləri onunla əlaqə saxlamalıdır:
“ABŞ-la İran arasında hərbi qarşıdurma barədə hər zaman danışa bilərsiniz. Buna “xeyr” demək istəmərəm, amma ümid edirəm belə bir şey olmayacaq”.
Tramp iranlı rəsmilərin onunla danışmaq istədiyini, ancaq keçmiş dövlət katibi Con Kerrinin iranlılara “Trampla danışmamaları gərəkdiyini” söylədiyini deyib. Tramp bildirib ki, rəsmi vəzifəsi olmadığı halda Kerrinin bu sözlərindən dolayı mühakimə edilməsi lazımdır.
Trampın sözlərinə görə, Tehranıa nüvə razılaşmasından ayrılandan sonra İran iqtisadiyyatı olduqca pisləşib: “İndi İranın etməsi lazım olan şey budur: Mənə zəng vursunlar, oturub danışaq və ədalətli razılaşma əldə edək. Nüvə silahına sahib olmalarını istəmirik. İstədiyimiz şey çox deyil. Bu, onları yenidən yaxşı bir mövqeyə gətirə bilər. İrana zərər vermək istəmirik”.
Tramp onu da qeyd edib ki, rəsmi Tehran ABŞ-ın razılıq verdiyi sazişə imza atacağı təqdirdə İrana iqtisadi yardım etməyə hazırdır. /Axar.az