XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

10 May 2019 - 14:15

Komitə sədrinin müavini:"Özəl qəbiristanlıqların olması mümkün deyil"

Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə əsasən, qəbiristanlıqlar bələdiyyələrin balansında olmalıdır: “Qəbiristanlıqlarla bağlı bütün məsələlər həmin sənədlə tənzimlənməlidir. Həmin sənəddə isə qəbiristanlıqların salınması, dəfn işinin təşkili öz əksini tapıb”.

Komitə rəsmisi bildirib ki, Nazirlər Kabinetinin qəbiristanlıqlarla bağlı müvafiq qərarında Şəhidlər və Fəxri Xiyabanlarla bağlı məsələlər də öz əksini tapıb.

G.İsmayılovun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır və aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək:

“Qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə bağlı konkret müddət Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin müddətin növbəti bələdiyyə seçkiləri ilə bağlı heç bir əlaqəsi yoxdur”. /Trend