XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

10 May 2019 - 16:49

İranda hökuməti dəstəkləmək üçün kütləvi aksiyalar keçirilib –Aksiya iştirakçıları Avropa dövlətlərindən nə tələb edir?

Bu gün İranın paytaxtı Tehran ilə yanaşı, digər böyük şəhərlərdə də hökuməti dəstəkləmək üçün kütləvi aksiyalar keçirilib.

İranın “altılıq” dövlətləri ilə nüvə proqramının məhdudlaşdırılması haqqında imzaladığı sazişin bəzi bəndlərinə əməl etməyəcəyi barədə verdiyi qərarın birmənalı qarşılanmaması ictimaiyyətin narazılığına səbəb olub. Aksiya iştirakçıları Avropa dövlətlərindən tələb ediblər ki, 2015-ci ildə İran ilə imzaladıqları sazişi müdafiə etsinlər.

Qeyd olunub ki, ABŞ bütün beynəlxalq qanunları pozaraq sazişdən birtərəfli qaydada çıxdı. Lakin Avropa dövlətləri rəsmi Vaşinqtona heç bir təsir göstərə bilmədi. Amma İranın haqlı olaraq sazişin bəzi bəndlərinə əməl etməyəcəyini bəyan etməsi Avropa tərəfindən etirazla qarşılandı.

Tehranda keçirilən aksiyada ABŞ-ın əleyhinə şüarlar da səsləndirilib. /Azərtac