“Gürcüstan tərəfilə görüşümüz gələn həftə keçiriləcək”.
Bunu jurnalistlərə Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.
“Sərhəd məsələsi dövlət səviyyəsindəki mühüm məsələdir. Gürcüstan tərəfilə bu məsələ ilə 1996-cı ildəndir məşğuluq. Hərtərəfli danışıqlar gedir, artıq sərhədin 2/3 hissəsi müəyyənləşdirilib. Gələn həftə Gürcüstandakı komissiyanın yeni təyin olunan rəhbərilə görüşümüz nəzərdə tutulur. Həmin görüşdə növbəti iclasın tarixi və yeri təyin olunacaq” – deyən nazir müavini Azərbaycanla Gürcüstan arasındakı sərhədin delimitasiyası barədə son vaxtlar səsləndirilən ziddiyətli bəyanatların hər iki ölkənin və xalqın mənafeyinə uyğun gəlmədiyini vurğulayıb. /Report