XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

11 May 2019 - 03:20

İranlı general Trampa cavab verdi və ABŞ-ı hədələdi:"ABŞ-ın hücum etməyə cəsarəti çatmaz"

İranın yarı-rəsmi “Tasnim” xəbər agentliyi İnqilab Qvardiyasının generalı Yadulla Cavaniyə istinad edərək bildirib ki, Tehran ABŞ-la müzakirələr keçirməyəcək.

Strateq.az “Amerikanın Səsi”nə istinadla bildirir ki, bu bəyanat ABŞ prezidenti Donald Trampın dolayı yolla İran rəsmilərinin ona zəng etməsini bildirməsindən sonra verilib.

Tramp bir neçə dəfə müzakirələrə səsləyib. O, müxbirlərə deyib ki, mən onların zəng etməsini görmək istəyirəm.

Cavani Amerika ilə heç bir müzakirə olmayacağını deməklə yanaşı, ABŞ-ın İrana qarşı hərbi əməliyyata keçməyə cəsarəti olmadığını bildirib.

İranın Amerika hədəflərinə hücum planlaşdırması ehtimalına qarşı ABŞ-ın “Abraham Linkoln” döyüş təyyarə gəmisi və dörd B-52 bombardmançı qrupu Yaxın Şərq bölgəsinə çatıb.

Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının sözçüsü “Amerikanın Səsi”nə döyüş təyyarə gəmisinin çərşənbə günü, B-52 taktik bombardmançı qrupunun isə regiona Hörmüz körfəzi vasitəsilə cümə axşamı daxil olduğunu bildirib.

Müdafiə rəsmiləri anonim şəkildə bildirib ki, bombardmançılar Qətərin Əl-Udeid hava bazasına yerləşdirilib.

Birləşmiş Ştatların nüvə proqramı ilıə bağlı razılaşmadan çıxmasına baxmayaraq, prezident Donald Tramp çərşənbə günü İrana qarşı əlavə sanksiyalar tətbiq edib. Yeni sanksiyalar polad, alüminium, mis və dəmir istehsalına aiddir. Sənəddə İranın metal istehlakçılarına, həm də onlarla ticarət edənlərə qarşı məhdudiyyətlər nəzərdə tutulub.

ABŞ-ın yeni sanksiyaları İranın nüvə razılaşması çərçivəsində müəyyən öhdəlikləri yerinə yetirilməkdən imtina etməsindən sonra tətbiq edilib.