XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2019 - 22:38

Terror qruplaşması türk mühəndisi maşınında partlatdı –Somalidə

Somalidə türk mühəndis terror hücumu ilə öldürülüb.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, hadisə mühəndisin avtomobilinə qoyulmuş bombanın partladılması nəticəsində baş verib.

Hadisədən yaralı qurtarılan adı açıqlanmayan mühəndis Somalinin paytaxtı Moqadişudakı Ərdoğanın adını daşıyan xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisənin məsuliyyətini “Eş-Şebab” terror qrupu üzərinə götürüb.

XİN bildirib ki, səfirlik hadisə ilə bağlı istintaqı yaxından izləyir