Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Moskvaya səfərini ləğv edib.
Bu barədə “Report” AFP-yə istinadən xəbər verir.
Bildirilir ki, ABŞ Dövlət Departamentinin başçısı Rusiya paytaxtına gəlməyəcək. Bununla belə, o, əvvəlki kimi Soçidə Rusiya lideri Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.
Məlumata görə, Pompeo bu gün İrandakı vəziyyəti Avropa liderləri ilə müzakirə etmək məqsədi ilə Brüsselə yola düşməyə qərar verib.