XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 May 2019 - 12:58

Mogerini:"Şərq Tərəfdaşlığı" iştirakçı ölkələrin vətəndaşlarına müsbət təsir göstərib"

“Şərq Tərəfdaşlığı” iştirakçı ölkələrin vətəndaşlarına müsbət təsir göstərib”.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş tədbirdən əvvəl deyib.

“Bu gün “Şərq Tərəfdaşlığı”nın 10 illiyini qeyd edirik, altı tərəfdaş ölkənin xarici işlər nazirlərini qəbul edirik. Axşam Donald Tusk onları şam yeməyində qəbul edəcək. Sabah mən Avropa Komissiyasının sədri Jan-Klod Yunker ilə birlikdə tədbirdə iştirak edəcəyəm. “Şərq Tərəfdaşlığı”nın yubileyini bir daha qeyd edəcəyik. Aİ bu tərəfdaşlığı yüksək dəyərləndirir. Əlbəttə, regionda çətinliklər və problemlər var, lakin ticarət, iqtisadi inkişaf, insan hüquqları kimi sahələrdə irəliləyiş əldə edə bilmişik, ictimaiyyətin rolunu genişləndirmişik, viza rejiminin liberallaşdırılmasına nail olmuşuq”, – F.Mogerini bildirib.

Bu gün Brüsseldə Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayır.

Report