XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

13 May 2019 - 13:42

Aİ-nin xüsusi nümayəndəsi:“Həll olunmamış münaqişələr Cənubi Qafqazda təhlükəsizliyə təhdid yaradır”

“Cənubi Qafqazda həll olunmamış münaqişələr bölgənin potensialının hərtərəfli inkişaf etdirilməsinin qarşısını alır”.

Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Tbilisidə keçirilən VI Cənubi Qafqaz Təhlükəsizlik Forumunda bildirib.

Onun sözlərinə görə, bölgədəki münaqişələr bir sıra iqtisadi və nəqliyyat, həmçinin insanlar arasında əlaqələrin kəsilməsinə gətirib çıxarıb: “Həll olunmamış münaqişələr bütün bölgədə təhükəsizliyə təhdid olmaqda davam edir. Cənubi Qafqazda təhlükəsizlik yalnız region ölkələri üçün deyil, Avropa İttifaqı üçün də olduqca önəmlidir”. /Report