XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2019 - 13:50

Türkiyə dənizə 131 hərbi gəmi, 57 təyyarə çıxartdı –Türk ordusu təlimlərə başlayır

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının Anadolu ətrafındakı 3 dənizdə keçirilən planlı “Dəniz canavarı-2019” hərbi təlimləri start götürüb.

Təlimlərə 131 gəmi, 57 təyyarə və 33 helikopter cəlb edilib.

Hərbi təlimlər Dəniz Hərb Mərkəzi Komandanlığında yaradılan nəzarət mərkəzi tərəfindən idarə olunur. Təlimləri donanma komandanı Ərcümənt Tatlıoğlu və Cənub Qrupu Əməliyyat komandiri Həsən Özyurd izləyir. /Axar.az