XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2016 - 23:40

Kadırov müəmması çözülür:"Növbəti müddətə prezident olacaq"

kadirov

 

«Çeçenistanın lideri Ramzan Kadırov sentyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək». 
 

Strateq.az xəbər verir ki, Rusiya mətbuatı bu məlumatı Çeçenistan rəhbərliyindəki mənbələrindən əldə edib.

 

Mənbə bildirib ki, bu il aprelin 5-də prezident səlahiyyətlərini icra etmək Kadırova həvalə olunacaq: «Bundan sonra Kadırovun prezident seçkilərinə namizədliyi irəli sürüləcək. Şimali Qafqaz ölkələri arasında yeganə Çeçenistandır ki, ölkə prezidentini parlament seçmir».

 

Kadırovun səlahiyyət müddəti aprelin 5-də başa çatır. Son günlər çeçen lider növbəti müddətə prezident seçilmək istəmədiyni bir neçə dəfə dilə gətirib. Lakin onu da bildirib ki, ona «xidmət etməlisən» deyilsə, razılıq verəcək.