XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2019 - 00:22

İcra başçısının sürücüsü yol qəzasında öldü- Araşdırma aparılır

Goranboyda ağır yol qəzası baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2115” markalı minik maşını ilə “Howo” markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1969-cu il təvəllüdlü Aşağı Ağcakənd kənd sakini Əliyev Rauf İsmayıl oğlu ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.