XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 May 2019 - 09:15

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub –Suriya mövzusu müzakirə olunub

Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Bu barədə Kremlin saytı məlumat yayıb.

Bildirilir ki, tərəflər Suriyadakı vəziyyəti, eləcə də, İdlibin gərginlik zonasındakı şəraiti müzakirə ediblər.

“Suriya nizamlanmasının müxtəlif aspektləri üzrə hərbi idarələr də daxil olmaqla, Rusiya və Türkiyə arasında bundan sonra da səylərin sıx əlaqələndirilməsinin vacibliyi vurğulanıb”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, Putin və Ərdoğan söhbət zamanı ikitərəfli münasibətlərin gündəlikdə duran aktual məsələlərinə, həmçinin bir sıra beynəlxalq problemlərə toxunublar. /Report