XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 May 2019 - 16:10

Rus nazir:"Xəzər və Qara dəniz limanlarını birləşdirmək lazımdır"

Xəzər dənizindəki limanları inkişaf etdirdikdən sonra Xəzər dənizi ilə Qara dənizi modernləşdirilmiş dəmir yolu və avtomobil yolları ilə birləşdirmək lazımdır.

Bu barədə Rusiyanın Şimali Qafqaz İşləri üzrə naziri Sergey Çebotaryov bildirib.

“Belə alınır ki, yüklər Xəzər dənizindən birbaşa yollarla Qara dənizə, Novorossiysk, Krım və digər limanlara gedəcək. Bax orada iqtisadiyyatın inkişafı üçün daha bir imkan yaranır. Təbii ki, bu, tranzit potensialıdır, amma eyni zamanda siyasi məqamdır. Ona görə də bu ideyanı həyata keçirmək üçün səylərimizə davam edəcəyik”, – nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan tranzit potensialını aktiv şəkildə inkişaf etdirir və Xəzər dənizi və Qara dəniz vasitəsilə kommunikasiya axınları yaradır. /Report