XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

14 May 2019 - 16:34

Elmar Məmmədyarov:"Bütün strateji regional layihələr Ermənistandan yan keçib"

“Danışıqlar masasına əyləşib substantiv danışıqlar adlandırdığım prosesi başa çadırmaq üçün ciddi siyasi yanaşma nümayiş etdirmək və qərar vermək lazımdır. Oturmusunuz və özünüz-özünüzü aldadırsınız, erməni xalqını aldatmaq istəyirsiniz. 30 illik müharibə dönəmində erməni xalqı nə qazanıb?”

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə ermənistanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu illər ərzində Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirib, Ermənistandan yan keçməklə dəmir yolu, boru kəmərləri və qaz kəmərləri tikdirib: “Bu gün haqqında danışdığımız bütün strateji layihələr Ermənistandan yan keçib. Bəs Azərbaycanla münaqişə şəraitində olmasından Ermənistan vətəndaşları nə qazanıb?!” /Report