Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün fərman imzalayıb.
Strateq.az xəbər verir ki, fərmana əsasən, Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.
Qeyd edək ki, T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.