XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 May 2019 - 09:15

Yuri Uşakov:"Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər"

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Mayk PompeoSoçidə keçirilən görüş zamanı İranın nüvə sazişi ətrafında yaranan vəziyyəti müzakirə ediblər.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Amerika xarici siyasət idarəsinin rəhbəri mayın 14-də ilk dəfə Rusiyaya səfər edib. O həmçinin rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb.

“Biz Amerika administrasiyasının hərəkətlərinə qarşı kritik yanaşmamızı ortaya qoyduq”, — deyə Uşakov bildirib.

Onun sözlərinə görə, tərəflər söhbət zamanı İrana da çox vaxt sərf ediblər. Lakin Rusiya prezidentinin köməkçisi danışıqların detallarını açıqlamaqdan imtina edib.

“Mən deyərdim ki, bu barədə maraqlı müzakirələr oldu”, – deyə Uşakov bildirib. /Report