XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2019 - 20:08

Səfir:"İraq öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əmliyyatlar üçün icazə verməyəcək"

İraq hökuməti öz ərazisindən ABŞ-a İrana qarşı hərbi əmliyyatlar üçün icazə verməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mayın 15-də İraqın Rusiyadakı səfiri Heydər Mansur Hadi Vaşinqtonla Tehran arasında münasibətlərin gərginləşməsini dəyərləndirərkən bildirib.

“İran suveren ölkədir. Əlbəttə, biz ərazimizdən istifadə edilməsinə icazə vermərik. Ümid edirəm ki, heç nə baş verməyəcək. Bölgədə yeni dağıdıcı müharibəni istəmirik”, – səfir vurğulayıb.

Onun sözlərnə görə, ABŞ-ın dövlət katibi Mayk Pompeonunun ötən həftə Bağdada səfəri əvvəlcədən razılaşdırılıb.

Səfir Tehranla olduğu kimi, ölkəsinin Vaşinqtonla əlaqəsindən gərginliyin azaldılması üçün istifadə edildiyini bildirib: “İraq problemin yox, onun həllinin bir hissəsi olmaq istəyir”.