XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2016 - 11:26

“Fitch” Azərbaycan İpoteka Fondununkredit reytinqi aşağı saldı

 

Fich

 

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) milli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-“dan “BB+”a endirib.

 

Agentlik Fondun kredit reytinqi üzrə proqnozu isə “neqativ” olaraq təsdiq edib. “Fitch” AİF-in kredit reytinqini Azərbaycanın suveren reytinqinə uyğun təyin etdiyini bildirib.

 

Xatırladaq ki, fevralın 26-da “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren reytinqini “BBB-“dən “BB+”a azaldıb, proqnozu isə “neqativ”ə dəyişib. Agentlik AİF-in kredit reytinqində gələcəkdə hər hansı bir dəyişikliyi Azərbaycanın suveren reytinqində mümkün dəyişikliklərdən asılı olduğunu vurğulayır.

 

Marja.az