XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 May 2019 - 11:18

Baş Polis İdarəsi:"Əmlakınızı avtomobildə saxlamayın"

Hər bir insan diqqətli və məsuliyyətli olmalıdır, əmlak – nəqliyyat vasitələrini cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır. Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.

Bakı Şəhər Baş Polis İdarəsindən Strateq.az-a  verilən məlumata görə, paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqlar açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur. Viktimoloji vəziyyəti nəzərə alaraq, polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir.

Çəkliş Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında “Azəriprodkşn” studiyası tərəfindən aparılıb. Qisametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, qurluşçu rejisoru Rövçən Nicat, operatoru Emin Hüseynovdur.