XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2019 - 19:33

Zelenskinin andiçmə mərasimi…- Rusiya dəvət olunmadı

Rusiya Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin mayın 20-də keçiriləcək inauqurasiyasına dəvət olunmayan ölkələr sırasındadır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Yekaterina Zelenko məlumat verib.

“Rusiya Federasiyası bu tədbirə dəvət edilməyib. Mərasimə bizim tərəfdaşımız və dostlarımız olan ölkələri dəvət etmişik”, – Zelenko “112 Ukraina” telekanalının efirində belə deyib(azərtac).