XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

18 May 2019 - 14:20

İranın Ordu Komandanı:“Düşmən strateji səhv edərsə, çox peşman olacaq”

“Düşmən strateji səhv edərsə, çox peşman olacaq”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam Respublikası Ordusunun Komandanı Əbdürrəhim Musəvi deyib.

Ə. Musəvi İran ordusunun hazırlıq vəziyyətinin yüksək olduğunu bildirib: “Ordu qüvvələrinin hazırlığı, ayıqlığının qorunması və artırılması qaçılmazdır. Çünki bu amil düşmənin hədələrinin qarşısını alır”.

O qeyd edib ki, İran Silahlı Qüvvələri son illərdə çox önəmli bacarıqlar əldə edib: “İran xalqı əmin olsun ki, ordu qüvvələri son damla qanlarına kimi İran İslam Respublikasının milli mənafeyini və təhlükəsizliyini qoruyacaq. İran ordusu həmişə hazırlıq vəziyyətindədir”.