XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

18 May 2019 - 17:50

ABŞ-dan xəbərdarlıq:"Fars körfəzi üzərindən uçuşlar təhlükəlidir"

Amerika hakimiyyəti ABŞ və İran arasında gərginliyin artması səbəbindən Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə kommersiya aviadaşıyıcılarını xəbərdar edib.

Azərtac ABC telekanalına istinadla xəbər verir ki, amerikalı diplomatların ABŞ Federal Aviasiya İdarəsinə təqdim etdiyi xəbərdarlıqda regiondakı hazırkı gərginliyin kommersiya aviadaşıyıcılarının təhlükəsizliyini təhdid etdiyi bildirilir.

Bir qədər əvvəl “Lloyd’s of London” sığorta kompaniyası da regionda dəniz daşımaları üçün risklərin artdığı barədə xəbərdarlıq yaymışdı.

Xəbərdarlıq təxminən 30 il bundan öncə İrana məxsus sərnişin təyyarəsi ilə bağlı baş verən insidentin təkrarlanmaması üçün edilir. Belə ki, 1988-ci il iyulun 3-də Tehran–Bəndər-Abbas–Dubay marşrutu üzrə uçuş həyata keçirən “Iran Air” aviakompaniyasına məxsus sərnişin təyyarəsi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən vurulmuşdu. Faciə nəticəsində 290 nəfər həlak olmuşdu. ABŞ hökuməti sərnişin təyyarəsinin qırıcı təyyarə ilə səhv saldıqlarını iddia etmişdi.