XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2019 - 14:20

Marneulidə seçki məntəqələrində insident olub –Hadisə yerinə polis çağırılıb

 

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndinin 49 və 89 saylı seçki məntəqələrində insident baş verib.

Qeydiyyatdan keçməmiş müxalif “Avropalı Gürcüstan” partiyasından olan müşahidəçi 49 saylı seçki məntəqəsinə daxil olub.

Müşahidəçi məntəqədə səs-küy salıb və onu binadan uzaqlaşdırıblar.

Analoji insident 89 saylı məntəqədə də qeydə alınıb. Hadisə yerinə patrul polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra seçki məntəqəsindəki vəziyyət sakitləşib. /Report