XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 May 2019 - 20:22

Vəkil:“Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya oluna bilər”

Rusiyada blogger və jurnalist kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi gün məlum olub.

Bu barədə ONA-nın Moskva müxbirinə vəkil Elman Paşayev məlumat verib.

Onun sözlərinə görə, Fuad Abbasovun mayın 28-də Azərbaycana göndərilməsi mümkündür: “Fuad Abbasovun deportasiya olunması haqqında məhkəmə qərarı mayın 26-da qüvvəyə minəcək. Qüvvəyə minəndən sonra isə həftədə iki dəfə miqrantlar ölkələrinə etap olunur. Fuadın Azərbaycana etap olunması da mayın 28-nə düşür. Lakin Azərbaycanın Rusiyadakı səfirliyinin yardımı ilə Fuadın etapı tezləşdirilə bilər”.

Qeyd edək ki, vəkil bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində Fuad Abbasovla görüşüb.