XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

20 May 2019 - 21:05

Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib"İran təzyiqlər və sanksiyalar altında..."

İran xalqı müdrük və uzaqgörən oluğu üçün dialoqun əhəmiyyətli olduğunu başa düşür. Lakin İran təzyiqlər və sanksiyalar altında qalaraq ABŞ ilə danışıqlara getməyəcək.

Bu sözləri İran Prezidenti Həsən Ruhani Tehranda İran ziyalıları ilə görüşündə deyib.

Prezident bildirib ki, ABŞ administrasiyası dialoqu təklif etmək əvəzinə bəyan edir ki, “İranı danışıqlara məcbur edəcəyik”. Bu, qəbuledilməzdir. Bütün dünya bizim əleyhimizə olsa da, “İran sanksiyalar və təzyiqlərə məruz qalaraq ABŞ ilə danışıqlara getməyəcək”.

H.Ruhaninin fikrincə indiki məqamda danışıqlara getmək İranın məğlubuyyəti olar(azərtac).