XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

21 May 2019 - 09:30

Mayk Pens:"Venesuela ilə bağlı bütün variantlar masa üzərindədir"

ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, rəsmi Vaşinqton Venesuelada bütün hərəkət variantlarına baxır.

Bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Pensin sözlərinə görə, Amerika lideri Donald Tramp Venesuelanın müxalif Milli Məclisinin rəhbəri Xuan Quaydonu müvəqqəti prezident kimi tanıyan 50-dən çox dövlətdən ibarət koalisiyaya başçılıq edib.

O, bildirib ki, ABŞ Venesuelaya, həmçinin onun “Kubadakı himayəçilərinə” iqtisadi və diplomatik sahələrdə təzyiq göstərməkdə davam edəcək.

“Prezident Tramp açıq anladıb: bütün variantlar masa üzərindədir”, – deyə Pens bildirib.

Bundan əvvəl isə ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela ərazisində hərbi əməliyyatkeçirmək istəməzdi. /Report