XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 May 2019 - 12:24

Azərbaycanda bir kənddə bir tona yaxın narkotik məhv edildi –Əməliyyat + FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 20-də “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində rayonun Cüvə kənd sakininə məxsus torpaq sahəsinə baxış keçirilib, orada yabanı halda bitmiş ümumi çəkisi 1 tona yaxın 3200 ədəd çətənə kolları aşkar olunub və kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.