XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2019 - 09:30

Həsən Ruhani:"İranı bombardman etsələr, təslim olmayacağıq"

İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatlarla yaranmış gərginlik fonunda bildirib ki, yaxın Şərq dövləti ərazisinin bombarmanlara məruz qalacağı təqdirdə təslim olmayacaq.

Bu barədə “RİA Novosti” İran rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Bu gün bizə mətanət lazımdır, düşmənlər dərk etməlidir ki, bizim ürəklərimizdə ümidsizliyə yer yoxdur”, – deyə o qeyd edib.

Ruhani vurğulayıb ki, hətta əgər İran ərazisinə atəş açsalar, respublika sakinləri öz hədəflərinin – müstəqilliyin və böyüklüyün ardınca getməyə davam edəcəklər.

Daha əvvəl İran prezidenti bildirib ki, ABŞ Dövlət Departamenti rəsmən səkkiz dəfə Tehrana danışıqlara başlamaqla bağlı müraciət edib. /Report