XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2019 - 11:47

Milli Məclisin sədr müavini:“Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”

Bu gün biz Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik. Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.

B.Muradova deyib ki, Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər.

Vitse-spikerin sözlərinə görə, bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövlətini də qorumalıyıq.

O qeyd edib ki, Azərbaycanda parlamentarizm ənənələri qədimdən mövcud olub. /Trend