XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 May 2019 - 16:45

Parlament sədrinin I müavini:"Keşikçi Dağı məsələsini şişirtməyək, məsələ həll olunur"

“Məsləhət görərdim ki, Keşikçi Dağı məsələsini şişirtməyək. Çünki hazırda məsələ tərəflər arasında  həll olunur və danışıqlar gedir”.

Bunu “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov  deyib.

Sədrin I müavini qeyd edib ki, Gürcüstanda bəzi naşı dövlət adamları bəyanatlar verirlər: “Bunu da hansı qüvvələrin təsiri altında etdikləri bizə məlumdur. Çünki onlar iki dövlət arasında olan münasibətlərə xələl gətirmək istəyirlər. Xatırladım ki, Azərbaycanın Gürcüstanla mehriban qonşu ölkələrdir. Bu isti münasibətlər bundan sonra da davam edəcək”.