XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 17:21

Çin Azərbaycana hərbi yardım edəcək – Prezident nazirə tapşırıq verdi
Prezident İlham Əliyev bu gün növbəti sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, budəfəki sərəncam Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsindən bəhs edir:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Sazişə 2015-ci il fevralın 2-də Bakı şəhərində imzalanmış Əlavə Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Əlavə Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əlavə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin”.