“Əminəm ki, Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi ölkələr arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun başa çatacaq”.
Bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze jurnalistlərə bildirib.
O, KİV-i məsələnin həssaslığını nəzərə alaraq prosesi reallığa əsaslanaraq işıqlandırmağa çağırıb: “İyunun ikinci yarısında tərəflər arasında növbəti görüşün keçirilməsi planlaşdırılır. Demarkasiya prosesi çətin olsa da, əminəm ki, bu proses Gürcüstan və Azərbaycan arasında mövcud dost və starteji tərəfdaşlıq münasibətləri çərçivəsində yekunlaşdırılacaq”. /Report