XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2019 - 09:18

Donald Tramp:"Heç kim dəhşətli şeylərin baş verməsini istəmir"

Amerika lideri Donald Tramp bildirib ki, əgər Tehran ABŞ ilə danışıqlar aparmaq niyyətindədirsə, Vaşinqton bu təklifə müsbət cavab verər.

O bunu Yaponiya baş naziri Sindzo Abe ilə danışıqlar öncəsi deyib.

Bununla yanaşı Amerika lideri güman edir ki, İran “danışıqlar aparmaq istərdi”.

“Heç kim dəhşətli şeylərin baş verməsini istəmir”, — deyə CGTN Trampın sözlərini sitat gətirib. /Report