XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 May 2019 - 14:13

Gürcüstan Ombudsmanı:“Ölkədə etnik zəmində dözümsüzlük kəskin problem olaraq qalır”

“Gürcüstanda milli azlıqların təhsili, dövlət dilinin öyrənilməsi və onlara məxsus mədəni irsin qorunması aktual problemlər olaraq qalır”.

Bu barədə Gürcüstan ombudsmanı Nino Lomcaria parlamentin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin iclasında illik hesabatın təqdimatında bildirib.

Onun sözlərinə görə, milli azlıqların qərar qəbuletmə prosesində lazımı səviyyədə iştirak etməməsi də problemli məsələlərdən biridir.

N.Lomcaria deyib ki, etnik və irqi zəmində dözümsüzlük Gürcüstanda kəskin problem olaraq qalır. O, bununla bağlı ötən ilin sentyabrında hüquq müdafiəçisi Vitali Səfərovun Tbilisidə ksenofobiya zəminində qətlə yetirilməsini misal çəkib.

İnsan haqları üzrə müvəkkil ölkədə dini etiqad azadlığı sahəsindəki problemlərə də toxunub: “Son illər ibadət yerlərinin inşası ilə bağlı baryerlər və dini dözümsüzlük halları müşahidə olunur. Bununla yanaşı, siyasi mühitdə fərqli dini baxışlara görə kəskin münasibət, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə nifrət ritorikasına da rast gəlinir. Dini azlıqların əksəriyyəti üçün ictimai yerlər və mediaya çıxış əlçatan deyil”. 

Report