Türkiyənin Müdafiə naziri Hulusi Akar Rusiyanın S-400 raket sisteminin satın alınması məsələsinin həll edildiyini və yaxın gələcəkdə Rusiyadan texniki mütəxəssislərin gəlməsinin gözlənildiyini söyləyib.
H.Akar bu barədə “Habertürk”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, “S-400-in satın alınması mövzusu yekunlaşıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu dəfələrlə təkrarlayıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyi ölkəsinin S-400 raket kompleksini alması ilə bağlı ABŞ-ın tətbiq edəcəyi sanksiyaya etiraz etmişdi. /Report