XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2019 - 11:42

ABŞ səfirindən Azərbaycan-Gürcüstan sərhəd danışıqlarına reaksiya:"Yaxşı nəticələr əldə ediləcəyinə inanırıq”

“Gürcüstan-Azərbaycan dövlət sərhədinin demarkasiyası məsələsində ikitərəfli komissiya çalışır, gözəl nəticələr əldə olunacağına ümidvarıq”.

Bunu ABŞ-ın Gürcüstandakı səfirinin müavini Elizabet Rud jurnalistlərə bildirib.

“Mən bilən bu məsələ Gürcüstanla Azərbaycan arasında çoxdandır gündəmdədir. Demarkasiya məsələsinə dair ikitərəfli komissiya işləyir, onlar həqiqətən də səy göstərirlər. Yaxşı nəticələr əldə ediləcəyinə inanırıq”, – deyə amerikalı diplomat vurğulayıb/Report.